15 fevral 2011 13:14
Aleksandr Starkov Jaba və Roşanı bağışladı
“Bakı”nın baş məşqçi Aleksandr Starkov əvəzedici heyətə göndərdiyi Jaba ilə Leonardo Roşanı bağışlayıb. Azerisport.az xəbər verir ki, buna onların latviyalı mütəxəssisdən üzr istəməsi şərait yaradıb.
Nəticədə onlar bağışlanaraq hətta bu gün səhərki məşqdə də iştirak ediblər. Braziliyalıların qarşıdakı turun “Turan”la matçda iştirakı da gözlənilir.
