15 fevral 2011 13:23
Neftçi Simurq`la oyunun hazırlıqlarına başladı
“Neftçi” Premyer Liqanın növbəti turunun “Simurq”la səfər oyununun hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, “ağ-qaralar” Zaqatala təmsilçisiylə görüşə klubun bazasında hazırlaşırlar.
Komanda üzvləri bu gün trenajor zalında müxtəlif hərəkətləri yerinə yetirdikdən sonra, bazanın yaşıl meydançasaına üz tutublar. Məşqdə "Neftçi"nin üzvləri, fiziki hazırlıq üzrə türkiyəli mütəxəssis Mehmet Akın rəhbərliyi altında, 20 dəqiqə ərzində baryerləri dəf etməklə qaçışa başlayıblar. "Polar saat"dan istifadə edən futbolçular həmçinin qaçış zamanı topla rəftarlarını da nümayiş etdirməli olublar.
Bu gün axşam saatlarında komandanın daha bir məşqi nəzərdə tutulub.
