15 fevral 2011 13:36

Georgi Adamiya: Hələ çox dəyişikliklər olacaq

“Qarabağ”ın yarımmüdafiəçisi Georgi Adamiya azerisport.az saytının suallarını cavablayıb.
 
- Çox az adam gözlərdi ki, siz yeni transferlərlə güclənən “Qəbələ”ni darmadağın edərsiz...
- Heç biz də belə nəticəni gözləmirdik. Buna baxmayaraq, qələbəyə oynayırdıq. Nəticədə belə böyükhesablı qələbə alındı. Ancaq bu qələbənin asanlıqla əldə olunduğunu da demək olmaz. İlin ilk oyunu olduğundan, çox çətin keçdi. Həm də nəzərə almaq lazımdı ki, bu görüşdə hava şəraiti də istənilən kimi oynamağa imkan vermirdi.
 
- Sizə, yoxsa rəqibə?
- Hər iki komandaya. Oyunu heç də gözəl adlandırmaq olmazdı. Təbii ki, güclü külək buna mane olurdu.
 
- Demək olar ki, komandanızın belə oyun sərgiləməsində Rəşad Sadıqovla Əfran İsmayılovun dönüşünün də rolu oldu?
- Onlar komandamızı gücləndirdilər. Bizə çox, həddən çox köməkləri dəydi və bundan sonrakı oyunlarımızda da belə olacaq. Bəli, razıyam ki, bu qələbədə onlar da özlərini yaxından hiss etdirdilər.
 
- Deməli, bundan sonra “Qarabağ” tam başqa oyun sərgiləyəcək?
- Ümid edirəm ki, sabit oyun sərgiləməyi bacaracağıq. Onsuz da bundan sonrakı bütün oyunlarımızın hamısı çox çətin rəqiblərlə olacaq.
 
- Bu qələbə “Qarabağ”ın özünə əminliyini geri qaytardımı?
- Əlbəttə. Bizim “altılığ”a kimi daha iki oyunumuz qalır. Bu görüşlər də bizim gələcək çıxışımıza az təsir etməyəcək.
 
- Ancaq “Gəncə” və “Turan”ı elə də güclü komanda adlandırmaq olmaz...
- Heç onları zəif komanda da adlandırmaq olmaz. Xüsusilə də “Gəncə”ni. Buna baxmayaraq biz son iki oyunada da 6 xal toplamağa çalışacağıq.
 
- Dünənə kimi “altılıq”dan kənar qalmaq təhlükəsi ilə üz-üzə olan “Qarabağ” indi liderdən cəmi 6 xal geri qalır...
- Mən həmişə buna inanırdım. Bilirdim ki, gec-tez belə də olacaq.
 
- Çempionluq şanslarınızı necə dəyərləndirərdiniz?
- Belə deyərdim: hələ heç nə itirilməyib. Oynayacağıq. Hələ çox dəyişikliklər olacaq.
 
- Həlledici mərhələyə kimi üçüncü pilləyə də qalxa bilərsiz. Bu, sizin üçün prinsipial xarakter daşıyırmı?
- Nə qədər yuxarı qalxmaq imkanımız varsa, buna nail olmaq istəyirik. “İnter”i qabaqlaya bilsək, çox yaxşı olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.