15 fevral 2011 02:12
ŞOK: Beşiktaş'ın kapitanı komandadan qovuldu
Dünən gecə “Beşiktaş”da şok olaylar yaşanıb. Azerisport.az xəbər verir ki, “Ankaragücü” ilə oyundan (0:1) sonra bir araya gələn klubun idarə heyəti heç kimin gözləmədiyi sərt qərar çıxarıb.
Qərara əsasən komandanın təcrübəli kapitanı İbrahim Üzülməzin sözləşməsi ləğv edilib və futbolçu komandadan uzaqlaşdırılıb. Buna səbəb kimi isə, Üzülməzin Ankaragücü matçındaki davranışları göstərilir.
“Ağ-qaralı” klubdan verilən açıqlamada məsələyə belə münasibət bildirilib: “13 fevral tarixində keçirilən “Ankaragücü” – “Beşiktaş” matçının fasiləsində futbolçumuz İbrahim Üzülməzin yol verdiyi idmançıya yaraşmayan hərəkəti onunla müqaviləmizin ləğv edilməsinə səbəb olub. Onun klubumuzla əlaqələrinin kəsilməsinə səs çoxluğu ilə qərar verilmişdir”.
Qeyd edək ki, rəsmən açıqlanmasa da, Üzülməzin sözügedən oyunun fasiləsində adaşı olan İbrahim Toramana yumruq atdığına görə komandadan göndərildiyi iddia olunur.
