15 fevral 2011 15:27
Tahir Gözəl Qarabağ`ın əsas vəzifəsini açıqladı
“Qarabağ” klubunun vitse-prezidenti Tahir Gözəl komandanın hazırkı durumundan razı olduğunu dilə gətirib. Azerisport.az xəbər verir ki, o, bu gün verdiyi açıqlamada Qurban Qurbanovun yetirmələrinin çıxışını belə dəyərləndirib:
“Qarabağ” indi çox yaxşı vəziyyətdədi. Biz öz yolumuzla irəliləyirik. Avrokuboklarda ötənmövsümkü uğurlarımızı təkrarlamaq istəyirik. Bu, bizim qarşımıza qoyduğumuz bir vəzifədi”.
