15 fevral 2011 15:34
Qarabağ iki oyununu Quzanlıda keçirə bilər
Ağdamın “Qarabağ” klubu Premyer Liqanın həlledici mərhələsinin iki oyununun yenə Quzanlı qəsəbəsindəki stadionda oynanılmasını istəyir. Azerisport.az xəbər verir ki, bu haqda bölgə təmsilçisinin bu gün təşkil olunan tədbirində açıqlama verilib.
Lakin bu yöndə hər şey Ağdam klubunun rəqiblərindən asılı olacaq. Əgər onlar Ağdama getmək üçün öz razılıqlarını versələr, onda “Qarabağ” ötən mövsüm olduğu kimi, yenə doğma azarkeşlərinin gözü qarşısında oynamaq hüququ qazanacaq.
