15 fevral 2011 15:41
Yığmamız üçün öncə toplanış, sonra beynəlxalq turnir
Fevralın 27-dən martın 6-a qədər Türkiyənin Antalya şəhərində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, U-17 bu toplanışın ardından - martın 7-dən 12-dək İzmir şəhərində təşkil olunacaq beynəlxalq turnirdə də iştirak edəcək.
Lakin hələlik yığmanın heyətinə dəvət olunacaq futbolçuların siyahısı bəlli deyil.
