15 fevral 2011 15:52
Millimizin Gürcüstanla matçlarının yeri dəyişdirildi
Xəbər verdiyimiz kimi, fevralın 17-də və 19-da 17 yaşadək qızlardan ibarət Azərbaycan və Gürcüstan yığma komandaları arasında yoldaşlıq oyunu təşkil olunacaq. Lakin bu qarşılaşmaların keçirilmə yerləri dəyişdirilib.
Azerisport.az xəbər verir ki, görüşlər əvvəlcədən xəbər verildiyi kimi, Şağan Olimpiya İdman Kompleksində yox, müvafiq olaraq, “Şəfa” stadionunda və “Bakı”nın təlim-məşq bazasının stadionunda keçiriləcək. Hər iki oyun saat 14:30-da başlayacaq.
