15 fevral 2011 16:11
Rəşad Sadıqov: Yenidən gedəcəm
Yığma komandamızın müdafiəçisi Rəşad Sadıqov yenidən Türkiyəyə qayıtmasını istisna etmir. Azerisport.az xəbər verir ki, o, bu gün təşkil olunan təqdimat mərasimində bunları dilə gətirib:
“Mənim “Qarabağ”a dönüşüm daha çox geriyə addımdı, nəinki irəliyə. Mən Ağdam klubuyla yarım illik müqavilə bağladım. Çünki yenidən legioner həyatı yaşamaq istəyirəm. Əgər Türkiyədən başqa təklif olsa, gedəcəm. Rusiyanı da seçə bilərəm. O vaxt “Eskişehirspor”a gedəndə Rusiya “Alaniya”sından imtina etdim. Amma indi Rusiya klubunu seçərdim”.
