15 fevral 2011 16:27
Fərid Quliyev Neftçiyə qarşı oynaya bilməz?
"Neftçi"nin Zaqatala təmsilçisi "Simurq"a icarəyə verdiyi Fərid Quliyev qarşıdakı 21-ci turun görüşündə flaqmana qarşı mübarizə apara bilməyəcək. Azerisport.az xəbər verir ki, buna səbəb isə iki klub arasında imzalanan müqavilədi.
Flaqmanın baş məşqçisi Arif Əsədov klubun rəsmi saytında bu məsələyə münasibət bildirib: "Hazırda sabiq hücumçumuz Fərid Quliyevin növbəti turun matçında bizə qarşı oynaması mümkün deyil. Buna səbəb isə iki klub arasında imzalanan müqavilənin şərtləridi. Həmin müqaviləyə "Simurq" rəsmiləri imza atıblar, bu isə o deməkdi ki, onlar müqavilənin şərtləri ilə razıdırlar. Bilirsiniz ki, bizim başqa futbolçularımız da "Simurq"da icarə əsasında çıxış edir. Onlar əvvəlki oyunlarda komandamıza qarşı mübarizə aparıblar. "Neftçi" bütün görüşlərə yalnız qələbə qazanmaq üçün çıxır. "Simurq"la oyunda da biz 3 xalı qazanmaq üçün meydana çıxacağıq".
