15 fevral 2011 17:12
Qurban Qurbanov: Bu, bizim üçün çox böyük üstünlükdü
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov millimizin kapitanı Rəşad Sadıqovun dönüşünə və komandasının çempionluq şanslarına münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, bugünkü tədbirdə çıxışı zamanı o, bunları dilə gətirib:
“Rəşadın geri dönüşü bizim üçün çox böyük bir üstünlük, tapıntı oldu. Biz qarşıdakı qalan 12 oyunumuzun hamısında uğurlu çıxış etmək istəyirik. Mümkün qədər ən üst pillələrdə qərarlaşmaq istəyirik. Çünki əsas məqsədimiz avrokuboklara düşməkdi”.
