15 fevral 2011 18:21
Bakı`da Jaba və Roşayla fərqli çalışma
Premyer Liqanın 21-ci turunun "Turan"la oyununa hazırlaşan "Bakı"nın bu günkü axşam məşqi maraqlı səhnələrlə yadda qalıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Aleksandr Starkov komandanı 4 qrup halında çalışdırıb.
Zədələ futbolçular Ernad Skuliç, Stefan Borbikoni, Aleksandar Soliçdən başqa bütün futbolçular meydana çıxa bilib. Əzələsini dartan Rafael Əmirbəyov fərdi məqşlə kifayatlənərkən, əsas heyət oyunçuları məşqin ilk hissəsini həndbol oynamaqla keçiriblər. Jaba və Roşanın məşqə qatılması əhval-ruhiyyəni daha da artırıb.
Futbolçuların əzmkarlıqla çalışması baş məşqçini razı salıb. Yerində müdaxilələr edərək tövsiyyələr verən Aleksandr Starkov yetirmələrini əvvəlcə təbii meydanda, ardından isə qum üzərində çalışdırıb. Futboçuların bir qrupunu Novruz Əzimovun nəzarətində topla çalışan zaman digər bir qrup İgor Klosovsun rəhbərliyi altında fiziki hərəkətlərin icrası ilə məşğul idi.
