15 fevral 2011 11:48
Latviyalılar üçün münasib məkan – Azərbaycan
Latviya mətbuatı Azərbaycan və Polşanı bu ölkədən olan futbolçuların transferi üçün ən münasib ölkələr hesab edir. Azerisport.az xəbər verir ki, həm Polşanın, həm də Azərbaycanın milli çempionatında Latviyadan olan 6 futbolçu top qovur.
Qeyd edək ki, Premyer Liqamızda top qovan latviyalılar bunlardı: Andrey Rubin (Qarabağ), Girts Karlsons (İnter), Pavel Doroşevs (Qəbələ), Ritus Kryauklis (AZAL), Kristap Qrebis (Gəncə) və “Bakı”nın baş məşqçisi Aleksandr Starkov. Qeyd edək ki, sonuncu üçü qış fasiləsindən bəri ölkəmizdə çıxış etməyə başlayıb.
