15 fevral 2011 12:11
Yığmamız yüzillik yubileydə oynamayacaq
Azərbaycan yığma komandası futbolumuzun bu il qeyd ediləcək yüzillik yubiley tədbirləri çərçivəsindən yoldaşlıq oyunu keçirməyəcək. Azerisport.az xəbər verir ki, komandamızın bu il üçün nəzərdə tutulan bütün görüşləri AÇ-2012-nin seçmə mərhələsinin rəsmi görüşləri və həmin matçlara hazırlıq üçün planlaşdırılan digər yoldaşlıq oyunlarıdı.
Lakin əslində futbolumuzun yüzilliyi münasibəti ilə Braziliya və digər aparıcı futbol ölkəsinin yığmasını ölkəmizə dəvət edib, onlarla yoldaşlıq matçı təşkil etmək olardı. Necə ki, bir neçə ay öncə Estoniyada bu təcrübədən istifadə olundu.
