16 fevral 2011 01:40
Rauldan ispanlara ağır zərbə, Milan şokda (YENİLƏNİB)
Avropanın yaşıl meydanlarında avrokuboklar həyəcanının növbəti dalğasına start verilib. Azerisport.az xəbər verir ki, qitənin müxtəlif yaşıl meydanlarında həm Çempionlar Liqasının, həm də Avropa Liqasının pley-off mərhələsinin görüşləri keçirilib.
Şübhəsiz ki, bu mənada əsas diqqətlər ÇL-in 1/8 finalının “Milan” – “Tottenham” və “Valencia” – “Schalke” görüşlərinə yönəlmişdi. Lakin ilk oyun günü meydan sahibləri üçün uğursuz alınıb. "Milan" gözlənilmədən doğma meydanda məğlub olub. "Valencia" isə hesabı açmasına rəğmən, üstünlüyünü qoruya bilməyib. İspanları "Schalke"də top qovan həmyerliləri Raul cəzalandırıb.
Bu mərhələnin digər oyunları bu gün keçiriləcək.
Çempionlar Liqası
1/8 final
15 fevral
Milan (İtaliya) – Tottenham (İngiltərə) - 0:1
Qol: Krauç, 80.
Valencia (İspaniya) – Schalke (Almaniya) - 1:1
Qollar: Soldado, 17 - Raul, 64.
16 fevral
23:45. Arsenal (İngiltərə) – Barcelona (İspaniya)
23:45. Roma (İtaliya) – Shakhtar (Ukrayna)
