15 fevral 2011 12:38
Superliqa klubunda baş məşqçi dəyişikliyi
Türkiyə Superliqasında çıxış edən klublardan daha biri baş məşqçi dəyişikliyinə əl atıb. Azerisport.az xəbər verir ki, Ziya Doğan ilə yollarını ayıran “Konyaspor”, onu Yılmaz Vuralla əvəzləməyə qərar verib.
Buna komandanın cari mövsümkü uğursuz çıxışı səbəb olub. Məsələ burasındadı ki, indiyə kimi keçirdiyi 21 oyundan cəmi 15 xal toplaya bilən “Konyaspor” 18 komanda arasında 17-ci pillədə qərarlaşıb. Son turda komandanın eyni xala malik olduğu “Bucaspor” üzərində qələbəylə vəziyyətini yaxşılaşdırmasına ümid bəslənilsə də, səfərdə keçirilən görüş bucalıların 3:2 hesablı qələbəsiylə nəticələndi və onlar yüksəlişə keçdilər.
Məhz bundan sonra qərarını verən “Konyaspor” rəhbərliyi çıxış yolunu Ziya Doğanı qovmaqda görüb. Lakin Yılmaz Vuralın qalan müddət ərzində bu çətin durumdan necə çıxış yolu tapacağı maraqla gözlənilir.
