15 fevral 2011 12:43
Yalnız Bakı cəzalandı
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələr nəticəsində Premyer Liqanın son turunun oyunlarından yalnız biri ilə bağlı qərar çıxarılıb:
Premyer Liqanın 20-ci turunun “Bakı” – “Muğan” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
