15 fevral 2011 12:56
Hakimi təhqir etdi, 4 oyunluq diskvalifikasiya edildi
Bu gün AFFA İntizam Komitəsinin iclasında Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 20-ci turunda baş verən qayda və qanun pozuntularına da hüquqi qiymət verilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələr zamanı aşağıdakı qərarlar çıxarılıb.
MOİK – Turan matçının 40-cı dəqiqəsində “Turan”ın futbolçusu Cavid Tağıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
“İnter” – “Simurq” matçında “İnter”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Matçın 62-ci dəqiqəsində “Simurq”un futbolçusu Elçin Süleymanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.
