15 fevral 2011 12:50
AFFA-dan baş məşqçiyə 17 oyunluq cəza
Bu gün AFFA İntizam Komitəsinin iclasında Azərbaycan çempionatının birinci divizionunun son turunda baş verən qayda və qanun pozuntularına da hüquqi qiymət verilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələr zamanı aşağıdakı qərarlar çıxarılıb.
“Şuşa” – “MKT-Araz” matçında “MKT-Araz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Göyəzən” – “Bakılı” matçının 79-cu dəqiqəsində “Bakılı”nın futbolçusu Samir Quliyev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra “Bakılı”nın baş məşqçisi Elçin Həsənov geniş kütlə qarşısında AFFA və PFL-in nümayəndələrinin ünvanına nəlayiq ifadlər işlətmiş, oyun hakimlərinə hədə-qorxu gəlmiş və onları təhqir etmişdir. Bu səbəbdən də adıçəkilən şəxs 17 oyunluq cəzalanıb, klubu 2650 manat məbləğində cərimə olunub.
“Energetik” – “Neftçi” İSM matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün onlar 100 manat cərimə olunub.
