16 fevral 2011 00:47
FİFA Bakıdakı yoxlamalarını davam etdirir
17 yaşadək qızlardan ibarət komandalar arasında 2012-ci ildə Azərbaycanda təşkil olunacaq dünya çempionatına hazırlıq işləri ilə tanış olmaq məqsədilə FİFA nümayəndələri Oliver Voqt, Monika Huser, Stefan Uistuba, Aleksandra Knok və Kim Yeu Bakıda səfərdədilər. Azerisport.az xəbər verir ki, səfər proqramı çərçivəsində beynəlxalq futbol qurumunun nümayəndələri AFFA tərəfindən tikilən stadionlarda olacaq, dünya çempionatına hazırlıq çərçivəsində media və marketinqlə bağlı görülən işlərlə tanış olacaqlar.
