16 fevral 2011 00:15
Mahir Şükürov üçün 1 mart
Rusiya Kubokunun 1/8 final mərhələsinin “Zenit” və “Anji” klubları arasındakı görüşün vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, Mahaçqala klubunun Sankt-Peterburq klubuyla dueli fevralın 28-də yox, martın 1-də oynanılacaq.
Qeyd edək ki, “Anji”də millimizin kapitanı Mahir Şükürov top qovduğu halda, Vaqif Sadıqovla Emin Ağayev də klub rəsmisi kimi çalışır.
