16 fevral 2011 01:21
Zeynal Məmmədov kuboka bel bağlayır
“Bakı”nın baş meneceri Zeynal Məmmədov komandasının ilk altılığa düşmək şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında “zolaqlılar”ın rəsmisi bunları dilə gətirib:
“Təəssüf ki, “Muğan”la oyunda vacib iki xal itirdik. Qarşıda cəmi 2 oyunumuz var. Çalışacağıq ki, öz taleyimizi həll edək. Əgər qələbə qazana bilməsək, onda ölkə kubokunda qalib gəlmək şansımız qalacaq”.
