16 fevral 2011 13:22
Azərbaycana gələcək Barcelona`lı oyunçuların adları açıqlandı
Futzal üzrə İspaniya yığmasının baş məşqçisi Xose Venasio Lopes Avropa çempionatının əsas seçmə mərhələsinin 1-ci qrupu çərçivəsində fevralın 24-dən 27-dək Bakıda keçiriləcək oyunlar üçün heyəti açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıya gətirəcəyi heyətə əsasən “İnter Movistar” və “Barcelona” klublarının oyunçularını daxil edib.
Qapıçılar: Luis Amado Tarodo “L.Amado”, Xuan Xose Anqosto Ernandes “Xuanxo” (hər ikisi “Inter Movistar), Kristian Dominqes Barrios “Kristian” (Bercelona).
Meydan oyunçuları: Enrike Boned Quillot "Kike", Alvaro Aparisio Fernandes "Alvares" (hər ikisi “El Pozo Murcia”), Xose Migel Ruis Kortes “Xoze Ruis" (Fisiomedia Manacor), Xordi Torras Badosa "Torras", Anxel Velasko Maruqan "Lin", Fernando Maçiel Qonçalves "Fernandao" (hamısı “Barcelona”), Xulio Sezar Simonato Kordeyro "Alemao", Adrian Alonso Pereyra "Pola" (hər ikisi “Xacobeo Lobelle), Borya Blanko Gil "Borya" (Inter Movistar), Rafael Usin Quyzado "Rafa Usin" (Triman Navarra).
Qeyd edək ki, İspaniya və millimizlə eyni qrupda Qazaxıstan və Fransa yığmaları da yer alıb.
