16 fevral 2011 14:16

Starkov: Şansımız az olsa da, ondan maksimum yararlanmağa çalışırıq

“Bakı”nın baş məşqçisi Aleksandr Starkov azerisport.az saytına müsahibəsində Azərbaycan çempionatındakı debüt oyunundan və gələcək şanslarından danışıb.
 
- Azərbaycan çempionatında debütünüz heç-heçəylə müşaiyət olundu. Təəssüratlarınız necədi?
- Nəticə, əlbəttə, bizi qane etmədi. Heç-heçəni arzulamırdıq. Belə demək mümkünsə, iki fərqli hissə oldu. Birinci hissə çox sürətli, aqressiv alındı. Düzdü hər şeyin yüksək səviyyədə alındığını da demək olmazdı, ötürmələrdə çoxlu səhvlər olurdu. Qol vurduq, hətta ikinci dəfə də fərqlənə bilərdik. Gözləmək olardı ki, ikinci hissədə daha yaxşı oyun göstərəcəyik. Ancaq fasilədən dərhal sonra buraxılan qol hər şeyi korladı. Bu, bizə bir növ psixoloji bir zərbə oldu. İstənilən halda futbolçulara istəklərinə, mübarizə əzmlərinə görə minnətdaram. Qələbə qazanmağı çox isəyirdilər.
 
- Güman ki, siz də daha çox şey gözləyirdiz?
- İlk oyunlar həmişə belə olur. Hətta deyərdim ki, hər yerdə belədi. Burda daha çox keyfiyyət yox, emosiya öz sözünü deyir.
 
- İlk mərhələnin başa çatmasına cəmi 2 tur qalıb. “Bakı”nın ilk altılığa düşmək şanslarını necə dəyərləndirirsiz?
- Bizim şanslarımız çox azdı, ancaq maksimum şəkildə ondan yararlanmağa çalışırıq.
 
- Ancaq komandanızın taleyi heç də öz əlində deyil...
- Bizə öz üzərimizə düşən vəzifənin öhdəsindən gəlmək və ən yaxşısına ümid bəsləmək qalır.
 
- Siz braziliyalı Jaba ilə Roşanı bağışladız və komandaya qaytardız. Ancaq onlar toplanışda iştirak etməmişdi. Onlar “Bakı”nın heyətində görünəcək?
- Birincisi, onlar mənlə görüşmək istədilər. İkincisi məndən bağışlanmalarını xahiş etdilər. Üçüncüsü, mən onlara son şans verdim. Axı hər kəs səhv edə bilər və şans qazanar. Bunu sensasiyaya çevirmək lazım deyil.
 
- Növbəti turda “Bakı” “Turan”la səfər oyununa çıxacaq. Bilirsiz ki, Tovuzda futbol oynamaq üçün şərtlər heç də yaxşı deyil?
- Çox güman ki, stadionun qazonuyla bağlı problemi nəzərdə tutursuz. Məncə, istənilən halda başlıcası istək, arzu və qələbəyə cəhddi.
 
- Azərbaycan və Latviya çempionatlarını müqayisə edə bilərsiz?
- Müqayisə apara bilmərəm. Çünki cəmi 2-3 həftədi burdayam. Hal-hazırda düzgün qiymət vermək çətindi. Burda çoxlu legionerlərin olması isə diqqətçəkəndi.
 
- Yeri gəlmişkən, mətbuatda tez-tez iddia olunur ki, Starkov iki cəbhədə çalışdığından, uğur qazana bilməyəcək. Buna münasibətiniz necədi?
- Tənqid həmişə mövcuddu. Məsələn, elə sizin yazılarınız heç də həmişə oxucular tərəfindən bəyənilə bilməz. Mən çalışıram ki, klubdakı işim yığmadakı fəaliyyətimə təsir etməsin, və ya əksin. Öz peşəkarlığıma güvənirəm. Latviya yığmasını buraxmaq istəmirəm. Mənim üçün maraqlı işdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.