16 fevral 2011 14:25
Qarabağ və Qəbələ ilə oyunlara ciddi itki ilə
"Gəncə” Premyer Liqanın növbəti turu çərçivəsində qarşılaşacağı “Qarabağ”la oyun öncəsi ciddi itkiylə üzləşib. Azerisport.az xəbər verir ki, son turun AZAL-la oyununda səfərdə qazanılan vacib 1 xalın əvəzində, qərb təmsilçisi Ramal Hüseynovu itirib.
Buna, təcrübəli futbolçunun ciddi zədə alması səbəb olub. Nəticədə Hüseynovun ən azı martın əvvəlinə kimi oynaya bilməyəcəyi müəyyənləşib. Ramalın “Qarabağ”la yanaşı, “Qəbələ” ilə görüşdə də forma geyməyəcəyi bildirilir.
