16 fevral 2011 14:41
FİFA Bakıdakı daha bir stadiona beynəlxalq status verdi
AZAL üçün Şüvəlan qəsəbəsində tikilən stadionun süni örtüklü meydançası FİFA tərəfindən qəbul edilib. Azerisport.az xəbər verir ki, dünən kluba FİFA-nın prezidenti Yozef Blatterin imzası ilə göndərilən sertifikatda bu haqda məlumat verilib.
AZAL-ın stadionunu iki ulduz sertifikatı ilə təltif edən beynəlxalq futbol qurumu meydançanın səviyyəsini yüksək qiymətləndirib. Xatırladaq ki, yanvarın 26-da Sürixdən gələn mütəxəssislər meydançaya texniki baxış keçirmişdi. Onların rəyinə əsasən Hollandiyanın "EDEL GRASS" şirkəti tərəfindən döşənliən öt örtüyü bütün tələblərə cavab verir.
Qeyd edək ki, FİFA-nın bu qərarına əsasən, AZAL-ın yeni stadionunda beynəlxalq oyunların keçirilməsi də mümkündü. Klub avrokuboklara vəsiqə qazanacağı halda da ev oyunlarını məhz öz arenasında keçirəcək.
