16 fevral 2011 15:34
Fransa yığmasının da Bakıya gələcək heyəti açıqlandı
Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində millimizlə eyni qrupda (1-ci qrup) mübarizə aparacaq daha bir rəqibimizin heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, Fransa yığması Bakıya aşağıdakı heyətlə təşrif buyuracaq:
Lionel Kolabella, Camel Harun, Ryad Karuni, Siməhəmməd Balki, Stefan Basson, Faruk Butt, Conathan Şaule, Kamel Hamdu, Həmzə Kireddin, Mustafa Kurar, David Le Bott, Mustafa Otmani, İbrahim Səidi, Aleksandr Teyşeyra.
Qeyd edək ki, bu qrupun oyunları fevralın 24-dən 27-dək Bakıda keçiriləcək:
24 fevral
Saat 18:30. İspaniya – Fransa
Saat 21:00. Azərbaycan – Qazaxıstan
25 fevral
Saat 18:30. Qazaxıstan – İspaniya
Saat 21:00. Azərbaycan – Fransa
27 fevral
Saat 18:30. Fransa – Qazaxıstan
Saat 21:00. İspaniya – Azərbaycan
