16 fevral 2011 16:01
Braziliya yığması Çeçenistanla qarşılaşacaq
Braziliya milli komandası gələn ay Çeçenistanda bu ölkənin futbolçularından təşkil olunan komandayla yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, bu haqda Çeçenistanın İdman naziri Haydar Alxanov açıqlama verib.
Onun sözlərinə görə, Braziliya milli komandası martın 10-da keçiriləcək oyuna DÇ-2002-ni qazandıqları heyətlə çıxacaqlar. Yəni, Kaka, Ronaldinyo və bu günlərdə futbolu bıraxdığını açıqlayan Ronaldonun da bu matçda forma geyəcəyi gözlənilir. Elə bu oyunda Ronaldo üçün vida mərasiminin təşkili də gözlənilir.
Alxanov həmçinin onu da bildirib ki, bu oyunda Çeçenistan lideri Ramazan Kadirov da çeçen futbolçulardan təşkil olunan komandanın kapitanı kimi meydana çıxacaq.
