16 fevral 2011 16:24
İlqar Qurbanovun Qarabağ`da oynamasına problem yarandı
Ağdamın “Qarabağ” klubunun yeni transferlərindən olan İlqar Qurbanovun bu komandada çıxışına problem yaranıb. Azerisport.az xəbər verir ki, buna, onun sabiq klubu, Türkiyə Bank Asiya birinci liqasından çıxış edən “Mersin İdmanyurdu” ilə münasibətlərini tam yoluna qoya bilməməsi maneəçilik yaradır.
Buna görə FİFA-ya müraciət edən Qurbanov dünya futbol qurumunun müsbət qərarını gözləyir. Əks halda İlqar “Qarabağ”da debüt edə bilməyəcək.
Qeyd edək ki, klubdakı problemlərinə görə "Mersin İdmanyurdu"ndan qalmaqalla ayrılan İlqar ordan almalı olduğu pulu da məhkəmə yolu ilə ala bilmişdi.
