16 fevral 2011 16:41

Neftçi`dən fanatlarına və lənkəranlı azarkeşlərə təşəkkür

Azərbaycan Premyer Liqasının bəzəyi olan "Neftçi" - "Xəzər Lənkəran" görüşü arxada qaldı. Azerisport.az xəbər verir ki, bu görüş bir neçə gündür başa çatsa da, böyük ajiotaj hələ də qalmaqdadı.
 
Bu arada “Neftçi” rəhbərliyi bəyanat yayaraq, komandaya dəstək verən hər kəsə, xüsusilə öz azarkeşlərinə, həmçinin lənkəranlı tərəfdarlara minnətdarlığını bildirib. Həmin bəyanatı təqdim edirik:
 
“Oyunöncəsi "Neftçi" PFK-nın prezidenti Sadıq Sadıqov fan-klublarla görüş keçirərək, onların komandaya möhtəşəm dəstək olması üçün müvafiq tapşırıqlarını verdi. Məhz bu görüşün bariz nəticəsi olaraq, azarkeşlər bu böyük qarşılaşmaya rəng qatdılar."Neftçi" klubu matçda asayişi qoruyan hüquq-mühafizə orqanlarının əməkdaşları, hər iki klubun təhlükəsizlik xidmətinin üzvləri və stadion rəhbərliyinə oyunun yüksək səviyyədə keçməsini təmin etdikləri üçün təşəkkür edir. "Neftçi" PFK-nın rəhbərliyi "ağ-qara" rənglərə könül verən azarkeşlərə də dərin minnətdarlığını bildirir. "Xəzər Lənkəran"la keçirilən son derbi oyununda "Flaqman", "UltraNeftçi" və "Forza Neftçi" fan-klubları komandamıza möhtəşəm dəstək verdilər. Onlar derbi matçında tribunalarda əla atmosfer yaradaraq, komandamıza mükəmməl dəstək verərək, flaqmanın əsl ruhuna çevrildilər.
 
Klub rəhbərliyi həmçinin, rəqib komandanın tərəfdaralarına da təşəkkürünü bildirir. Matçın əsl futbol şöləninə çevrilməsi üçün hər iki klubun fanatları əllərindən gələni etdilər. Doğrudu, oyunda xırda istənməyən insidentlər baş versə də bu oyunun ümumi atmosferirə təsir etmədi. "Neftçi" rəhbərliyi bir daha belə xırda insidentlərin təkrarlanmaması, onların qarşısını almaq üçün lazımi tədbirləri görəcək”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.