16 fevral 2011 17:08
AZAL məşqçi korpusunu itirə bilər
Premyer Liqanın 20-ci turunun AZAL - “Gəncə” matçında meydan sahiblərinin 2 vacib xal itirməsi “təyyarəçilər”in məşqçilər korpusunun istefasıyla nəticələnə bilərmiş. Azerisport.az xəbər verir ki, qarşılaşmadan dərhal sonra komandanın daxili iclası keçirilib.
İclasda klub prezidenti Vaqif Qasımov iki xal itkisinə görə məşqçilər korpusunu ittiham edib. Məşqçilər isə onun sözlərinə cavab qaytarmaq istəməyib və hətta komanadadan getməyə hazır olduqlarını da bildiriblər. Lakin vəziyyəti daha da qəlizləşdirmək istəməyən klub prezidenti otağı tərk edib.
