16 fevral 2011 17:25
FİFA AFFA-nın inşa etdirdiyi stadiona da 2 ulduz verdi
Xəbər verdiyimiz kimi, Mərdəkandakı «Dalğa» İstirahət Mərkəzinin ərazisində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən inşa olunan stadionun süni örtüyünə ən yüksək sertifikat olan 2 ulduzun alınması məqsədilə AFFA FİFA-ya müraciət etmişdi. Azerisport.az xəbər verir ki, beynəlxalq futbol qurumu bu müraciəti də cavablandırıb.
FİFA tərəfindən adıçəkilən stadionun süni örtüyünə 2 ulduzun verilməsini təsdiqləyən sertifikat artıq AFFA-ya göndərilib. Sertifikatı FİFA-nın prezidenti Yozef Blatter imzalayıb.
Qeyd edək ki, eyni sertifikat dünən AZAL-ın Şüvəlanda inşa etdirdiyi stadion üçün də göndərilib.
