16 fevral 2011 17:42
FİFA rəsmisi Bakıda mətbuat konfransı keçirəcək
Xəbər verdiyimiz kimi, 17 yaşadək qızlardan ibarət komandalar arasında 2012-ci ildə Azərbaycanda keçiriləcək dünya çempionatına hazırlıq işləri ilə bağlı FİFA-nın nümayəndə heyəti Bakıda səfərdədi. Azerisport.az xəbər verir ki, məhz bu məqsədlə sabah – fevralın 17-də, saat 12:00-da, AFFA-nın Futbol akademiyasında U-17 qızlar arasında DÇ-2012-nin yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov və FİFA-nın Yarışların Keçirilməsi Departamentinin mütəxəssisi Oliver Voqtun iştirakı ilə mətbuat konfransı keçiriləcək.
