17 fevral 2011 01:35
Arsenal`dan Barsa üzərində əzmkar qələbə (YENİLƏNİB)
Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, dünən start götürən bu mərhələnin ikinci oyun günündə də iki qarşılaşma baş tutub.
“Arsenal” İngiltərədə İspaniyanın “Barcelona” klubuyla münasibətlərinə aydınlıq gətirib. Erkən qola imza atan qonaqlar bu üstünlüyü son dəqiqələrdə əldən veriblər. "Roma" isə doğma meydanda “Shakhtar”la qarşılaşıb. Lakin ilk yarıda qısa zaman kəsiyində rəqibindən 3 qol buraxan meydan sahibləri cavab görüşünə daha sərfəli nəticə ilə getmək vəzifəsinin öhdəsindən gələ bilməyiblər. Əvəzində Ukrayna klubu növbəti mərhələyə vəsiqəni demək olar ki, təmin edib.
Qeyd edək ki, bu mərhələnin qalan 4 görüşü 2 həftə sonra baş tutacaq.
Çempionlar Liqası
1/8 final
16 fevral
23:45. Arsenal (İngiltərə) – Barcelona (İspaniya) – 2:1
Qol: Van Persi, 79, Arşavin, 83 - Vilya, 26.
23:45. Roma (İtaliya) – Shakhtar (Ukrayna) – 2:3
Qollar: Perrotta, 28, Menes, 63 - Jadson, 29, Kosta, 36, Adriano, 42.
