16 fevral 2011 12:34
Qəbələ`yə növbəti zərbəni Muğan vurmaq istəyir
Premyer Liqanın 21-ci turunda "Qəbələ"ni qəbul edəcək "Muğan" bu oyunun hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, Bakıda olimpiya yığma komandalarının təlim-məşq bazasında məşq edən "Muğan" hazırlıqlarını tam heyətlə davam etdirir.
Bu haqda PFL-ə klubun mətbuat xidmətindən məlumat verilib. Məlumatda o da bildirilir ki, qış fasiləsində transfer olunan yeni futbolçular komandaya uyğunlaşmaqda çətinlik çəkmir. İlk dövrədə keçirilən səfər oyununda rəqibinə 0:2 hesabı ilə məğlub olan Salyan təmsilçisi bazar günü keçiriləcək oyunda bu məğlubiyyətin əvəzini çıxmaq əzmindədi.
