17 fevral 2011 13:01
FİFA Şəfa stadionunun qazonunun dəyişdirilməsini tələb etdi
FİFA “Şəfa” stadionunun qazonunun dəyişdirilməsini tələb edib. Azerisport.az xəbər verir ki, hazırda ölkəmizdə səfərdə olan dünya futbol qurumunun rəsmiləri bu arenanın gələn il keçiriləcək 17 yaşlı qızlar arasındakı mundialın oyunlarına ev sahibliyi etməsi üçün qazonun dəyişdirilməsinin vacibliyini vurğulayıblar.
Artıq AFFA rəhbərliyi bu arenanı icarəyə götürən “İnter” klubunun rəhbərliyi ilə danışıqlara başlayaraq, qazonun yenisiylə əvəzlənməsinin detallarını müzakirə etməyə başlayıblar.
