17 fevral 2011 13:16
AFFA oyunlarda təhlükəsizlik tədbirlərini gücləndirir
Bu gün AFFA-nın Futbol Akademiyasında UEFA-nın klub yarışlarında və Premyer Liqada iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydalara uyğun olaraq, Premyer Liqa və birinci divizionda çıxış edən klubların təhlükəsizlik xidmətinin rəisləri üçün seminar keçirilib. Azerisport.az xəbər verir ki, AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbər müavini İlqar Əliyev, Lisenziyalaşdırma qrupunun kadr və inzibati meyarlar üzrə eksperti Bəhram Dadaşov, AFFA-nın Təhlükəsizlik və İnfrastruktur üzrə baş mütəxəssisi Ağamehdi Mehdiyev, Peşəkar Futbol Liqasının Təhlükəsizlik Şöbəsinin rəisi Vaqif Sadıqovun iştirakı ilə keçirilən seminarda oyunlar zamanı təhlükəsizlik tədbirlərinin görülməsinin vacibliyi klub nümayəndələrinin diqqətinə çatdırılıb.
Ölkədaxili, eləcə də beynəlxalq yarışlar zamanı təhlükəsizliklə əlaqədar həyata keçirilməsi vacib olan tədbirlər, bu sahədə son vaxtlar tətbiq olunan yeniliklər barədə geniş məlumat verilib.
