17 fevral 2011 14:00
Yığmamız Ukrayna klubuyla qarşılaşacaq
Gənclərdən ibarət Azərbaycan yığması (U-21) Ukrayna klubuyla yoldaşlıq oyunu keçirəcək. Azerisport.az Ukrayna mətbuatına istindaən xəbər verir ki, gənclərimizin rəqibi bu ölkənin “Stal” klubu olacaq.
Qeyd edək ki, sözügedən klub Ukraynanın birinci divizionunda mübarizə aparır. Oyun fevralın 21-də, Türkiyənin Antalya şəhərində baş tutacaq.
