18 fevral 2011 01:57
Bayer millimizin qisasını aldı, Beşiktaş evdə biabır oldu (YENİLƏNİB)
Bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, startı fevralın 15-də, 1 oyunla verilən bu mərhələnin qalan görüşləri də baş tutub.
Günün açılış oyunu Rusiyada baş tutub. "Rubin" Moskvada keçirilən qarşılaşmadan iki cavabsız qolla məğlub ayrılıb. Növbəti qarşılaşmada isə Xarkov "Metalist"i doğma meydanda Almaniyanın "Bayer" klubunu qəbul edib. Qeyd edək ki, Ukrayna klubu Dubay toplanışı çərçivəsində milli komandamıza 1:0 hesabıyla qalib gəlmişdi. Lakin onlar doğma meydanda Almaniya klubundan düz 4 cavabsız qol buraxıblar.
Şübhəsiz ki, 15 qarşılaşma içində Azərbaycan futbolsevərləri üçün daha maraqla gözlənilən qarşılaşma qardaş Türkiyənin yeganə təmsilçisi “Beşiktaş”ın Kiyev “Dinamo”su ilə dueli idi. Suprliqada işləri qətiyyən qaydasında getməyən “Qara qartal” Avroliqadakı uğurlu çıxışını davam etdirmək istəyirdi. Bunun üçün isə, doğma meydanda keçirilən ilk görüşdən sərfəli nəticəylə ayrılmaq vacib əhəmiyyət kəsb edirdi. Lakin bu qarşılaşma da Bernd Şusterin komandasının fiaskosu ilə nəticələnib. Şevçenko və oyundaşları rəqib meydanında vurulan 4 qolla demək olar ki, cütün taleyini həll ediblər.
Maraq üçün xatırladaq ki, iki gün baş tutan 1/16 final mərhələsinin ilk oyununda Yunanıstan “Aris”i ilə İngiltərənin “Manchester City” klubu qolsuz heç-heçəyə razılaşmışdı.
Avropa Liqası
1/16 final
17 fevral
Rubin (Rusiya) - Twente (Hollandiya) - 0:2
Anderlecht (Belçika) - Ajax (Hollandiya) - 0:3
Qollar: De Yonq, 77, Vizqerhof, 88.
Metalist (Xarkov, Ukrayna) - Bayer (Almaniya) 0:4
Qollar: Eren Derdiyok, 22, Kastro, 72, Sam, 90; 90+2.
Qollar: Alderveyled, 30, Eriksen, 59, Hamdaoui, 67.
Matçın 55-ci dəqiqəsində meydan sahiblərinin üzvü Vasilevski penaltidən yararlana bilməyib
BATE (Belarus) - Paris S.G. (Fransa) - 2:2
Qollar: Breşşan, 17, Qordeyçuk, 81 - Mövlud Erdinç, 30, Luyindula, 89.
Benfica (Portuqaliya) – Stuttgart (Almaniya) - 2:1
Qollar: Kardozo, 70, Jara, 81 - Harnik, 21.
Beşiktaş (Türkiyə) - Dynamo (Kiyev, Ukrayna) - 1:4
Qollar: Kuaresma, 37 - Vukoyeviç, 27, Şevçenko, 50, Yussuf, 56, Qusev, 90-pen.
Lech (Polşa) – Braga (Portuqaliya) - 1:0
Qol: Rudnevs, 72.
Napoli (İtaliya) – Villarreal (İspaniya) - 0:0
Basel (İsveçrə) - Spartak (Moskva, Rusiya) - 2:3
Qollar: Fray, 37, Ştreller, 42 - Kombarov, 61, Dzyuba, 70, Ananidze, 90.
Lille (Fransa) - PSV (Hollandiya) - 2:2
Qollar: Gueye, 6, De Melo, 31 - Buma, 83, Toyvonen, 84.
PAOK (Yunanıstan) - CSKA (Moskva, Rusiya) - 0:1
Qol: Neçid, 29.
Rangers (Şotlandiya) - Sporting (Portuqaliya) - 1:1
Qollar: Vittaker, 66 - Fernandes, 89.
Sevilla (İspaniya) – Porto (Portuqaliya) - 1:2
Qollar: Kanut, 65 - Rolando, 58, Quarin, 85.
Sparta (Çexiya) – Liverpool (İngiltərə) - 0:0
Young Boys (İsveçrə) – Zenit (Rusiya) - 2:1
Qollar: Luliç, 47, Mayuka, 90+2 - Lombaerst, 19.
