17 fevral 2011 14:43
Georgi Nikolov: Şəfa stadionunun qazonu yayda dəyişdiriləcək
Son Azərbaycan çempionu “İnter”in prezidenti Georgi Nikolov “Şəfa” stadionunun qazonunun dəyişdirəcəklərini bildirib. Azerisport.az saytına açıqlamasında klub rəsmisi bildirib ki, yayda başlayacaq yenidənqurma işləri nəticəsində qazonun 1-1.5 ay içində dəyişdirilməsinə hazırlaşırlar.
“Biz “Şəfa” stadionunun qazonunu dəyişməyə hazırlaşırıq. İşlərə yayda başlayacağıq və 1-1.5 ay içində tamamlamağa çalışacağıq. Maksimum 2 aya. Drenaj sistemi onsuz da movcuddu. Sadəcə qazonu götürüb, əvəzinə yenisini qoymaq lazımdı. Xərclərə gəlincə, bu yöndə AFFA-nın da köməyinə ümid bəsləyirik. Hansı ki, FİFA-dan ayrılan qrant vasitəsilə bunu həyata keçirmək olar. Bu detalları müzakirə edəcəyik”.
