17 fevral 2011 15:04
Yığmamız üçün seleksiya xarakterli təlim-məşq toplanışı
Fevralın 20-21-də 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının, fevralın 24-dən 26-a qədər isə 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının seleksiya xarakterli təlim-məşq toplanışı olacaq. Azerisport.az xəbər verir ki, hər iki toplanış Şağan Olimpiya İdman Kompleksində keçiriləcək.
