17 fevral 2011 15:26
Qarabağ Sərhədçi`də, Maksim Medvedev Türkiyədə
“Qarabağ” “Gəncə”ylə oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, bazar günü səfərdə elitanın debütantı ilə qarşılaşacaq Qurban Qurbanovun komandası günü tək məşqlə keçirib.
Günün yeganə məşqi 11:30-da “Sərhədçi” idman kompleksinin meydançasında baş tutub. Komandanın zədəlilərindən Sail Kərimov artıq ümumi məşqlərə qatılır. Digər zədəlilərdən belində ağrı olan Devran Ayhan, sağ ayaq əzələsində problem olan Aftandil Hacıyev isə sadəcə trenajorda məşq etməklə kifayətləniblər. Türkiyədə müalicə olunan Maksim Medvedev isə Fevralın 19-da Bakıya dönəcək.
“Qarabağ” sabah səhər məşq etdikdən sonra Gəncəyə yola düşəcək.
