17 fevral 2011 16:14
Abşeron`a zərbə vurmağa hazırlaşırlar
Futbol üzrə Azərbaycan birinci divizionunun 15-ci turunda "Abşeron" klubunu qəbul edəcək "Rəvan" oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Bakıda Buzovna qəsəbə stadionunda məşq edən "Rəvan"ın heyətində bir neçə zədəli futbolçu olsa da, onların bazar gününə kimi tam hazır formada olacaqları bildirilir.
Klubun baş məşqçisi Vladislav Qədirovun verdiyi məlumata görə, oyuna yüksək əhval-ruhiyyədə hazırlaşan komanda baza günü keçiriləcək qarşılaşmada yalnız qələbə hədəfləyir.
Qeyd edək ki, turnir cədvəlində qonşu pillələrdə qərarlaşmış komandaları bir-birindən 1 xal ayırır. İlk dövrədə keçirilən oyunda "Rəvan" rəqibinə 0:2 hesabı ilə məğlub olmuşdu.
