17 fevral 2011 16:47
Banişevski üçün xatirə turniri (FOTOLAR)
Bu gün Binəqədi İdman Sağlamlıq Mərkəzinin stadionunda Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən olan mərhum Anatoli Banişevskinin 65 illik yubileyinə həsr olunmuş ənənəvi xatirə turnirinin açılış mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, AFFA ilə Bakı və Kəndlər Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 8 komanda mübarizə aparır. Turnir fevralın 23-də yekunlaşacaq.
