17 fevral 2011 19:06
Yığmamız Zenit üzərində qələbəyə sevindi
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi Rusiyanın “Zenit” klubunun əvəzedici heyəti olub.
Yığmamız bu görüşdə Ruslan Tağızadə və Aleksander Qrossun vurduğu qollar sayəsində 2:0 hesabı ilə qələbə qazanıb.
