17 fevral 2011 18:16
Yığmamız FİFA rəsmilərinin gözü önündə uduzdu (YENİLƏNİB)
Bu gün «Şəfa» stadionunda 17 yaşadək qızlardan ibarət Azərbaycan və Gürcüstan yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qarşılaşma 1:0 hesabı ilə gürcüstanlı futbolçuların xeyrinə başa çatıb.
Oyunu 17 yaşadək qızlardan ibarət komandalar arasında 2012-ci ildə Azərbaycanda keçiriləcək dünya çempionatına hazırlıq işləri ilə tanış olmaq üçün Bakıya gələn FİFA nümayəndə heyətinin üzvləri də izləyib.
Qeyd edək ki, bu komandalar arasında növbəti yoldaşlıq oyunu fevralın 19-da, saat 14:30-da, «Bakı» klubunun təlim-məşq bazasının meydançasında keçiriləcək.
