17 fevral 2011 11:28
Anji Karlosun Mahirlə birgə oynayacağını təsdiqlədi
Rusiya Premyer Liqasında çıxış edən “Anji” klubu nəhayət ki, Braziliya yığmasının əfsanəvi oyunçularından olan Roberto Karlosla anlaşdıqlarını rəsmən bəyan edib. Azerisport.az xəbər verir ki, dünya şöhrətli ulduz oyunçunun Vaqif Sadıqovla Emin Ağayevin çalışdığı, Mahir Şükürovun top qovduğu komandaya keçməsi haqda məlumatlar hələ bir neçə gün öncədən məlum idi.
Lakin klub rəhbərliyi bu haqda rəsmi açıqlama verməyə tələsmirdi. Nəhayət, Mahaçqala klubunun başbilənləri Karlosun qarşıdakı mövsümdən etibarən “Anji”də top qovacağını rəsmi saytı vasitəsilə bəyan edib. Braziliyalı məşhur futbolçuyla 2.5 illik müqavilə bağlanılıb.
