17 fevral 2011 11:48

Qyoko Haciyevski: Neftçi`yə sürpriz etmək istəyirik

“Simurq”un makedoniyalı baş məşqçisi Qyoko Haciyevski azerisport.az saytına müsahibəsində son oyunlarından, qarşıdakı görüşlərdən və şanslarından danışıb.
 
- Komanda “Neftçi” ilə oyuna necə hazırlaşır?
- Çox ciddi hazırlaşırıq. Bu oyunda Tofiq Mikayılovla Emin Quliyev də bizə kömək edə biləcək. Öz azarkeşlərimizdən də dəstək gözləyirik.
 
- Ancaq Fərid Quliyev oynamayacaq...
- Əlbəttə, çox təəssüf ki, belədi. Çox istərdik ki, onu da meydanda görək, ancaq ortalıqda razılıq var.
 
- “Simurq” bu oyunda nəyə hesablanıb?
- Onlar favoritdi. Biz isə turnir cədvəlində öz həyatımızı xilas etməklə məşğuluq. Aydın məsələdi ki, situasiyalar tam fərqlidi, amma biz “Neftçi”yə sürpriz etmək istəyirik. Bizim yeganə problemimiz təcrübəsizliklə bağlıdı.
 
- Bu “İnter”lə oyunda da aşkar görünürdü...
- Biz daha çox qol vəziyyəti yaradırdıq, nəinki rəqib. Ancaq son anda məhz təcrübəmizin azlığı həmin vəziyyətləri qolla tamamlamağımıza mane olurdu.
 
- “Neftçi”nin “Xəzər Lənkəran”a qarşı oyununu görmüsüz?
- Bəli, məlum səbəblərdən mən də bu oyunu izlədim.
 
- Siz ötənilki rəqibinizlə hazırkı komanda arasında hansısa fərqlər gördünüzmü?
- “Neftçi” Flavinyonun zədələnməsinə kimi daha mobil komanda təsiri bağışlayırdı, həmçinin Mpenza da sırada idi. Komanda hücumlarda daha fəal görünürdü. Amma indi braziliyalı əvvəlki formasından uzaqdı, belçikalı isə ümumiyyətlə yoxdu.
 
- Bunun sizə nəsə faydası olacaq?
- “Neftçi” onlarsız da bizdən güclüdü. Axı onların heyətində İqor Mitreski, Slavko Georgiyevski kimi futbolçular var. Hər halda şənbə günü çox maraqlı oyun olacaq. Azarkeşlərimizi “Neftçi” ilə oyundakı sürprizlə sevindirmək istəyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.