18 fevral 2011 13:21
Yığmamız Basel`lə qarşılaşacaq
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması İsveçrənin “Basel” klubunun əvəzedici komandası ilə yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, qarşılaşma fevralın 19-da keçiriləcək.
Görüşün Bakı vaxtı ilə saat 17:00-da başlayaması nəzərdə tutulub.
