18 fevral 2011 01:26

Adrian Pit: Neftçi ilə oyunlar kimin daha güclü olduğunu göstərmək üçün 4 şansdı

“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Adrian Pit azerisport.az saytına müsahibəsində İtaliyanın “Roma” klubundakı karyerasının niyə uğursuz alınmasından, cənub təmsilçisini seçməsinin səbəblərindən və Kamran Ağayevlə Elnur Andullayevdən danışıb.
 
- Bir il öncə “Roma”nın heyətində idiniz, indi isə ordakı çıxışınızı davam etdirmirsiz. Buna nə səbəb oldu?
- “Roma”da mən ümumiyyətlə çox təsadüfi hallarda meydana çıxa bildim. 4 il ərzində cəmi 3 qarşılaşmada forma geydim. Əsasən icarə qaydasında “Pisa”, “Triestina” kimi klublarda gəzdim. Ora böyük ümidlərlə getmişdim. Hətta Luçano Spallettinin rəhbərliyi altında “Torino”ya qarşı ilk oyunumu da keçirdim. Ancaq ondan sonra komanda Klaudio Ranyeriyə tapşırıldı. Ondan sonra başa düşdüm ki, burdakı çıxışım alınmayacaq. O, əsasən öz oyunçularına üstünlük verirdi və mən diqqətdən kənarda qalırdım. Buna görə də, ötən mövsümü “Universitatiea”da keçirməyə qərar verdim, indi isə “Xəzər Lənkəran”dayam.
 
- Təsadüfən keçmiş klubunuzun Çempionlar Liqası çərçivəsindəki “Shaktar”la oyununa baxmadınız?
- Bilirəm ki, “Roma” 2:3 hesabıyla məğlub oldu. Həmin vaxt mən başqa oyuna baxırdım – “Arsenal” – “Barcelona” matçına. O, mənə daha maraqlı idi.
 
- Sizin əksər həmyerliləriniz gizlətmir ki, “Xəzər Lənkəran”ı Mirça Rednikə və pula görə seçib. Bəs siz?
- Mən Rednikin necə peşəkar olduğunu çox gözəl bilirəm. Onun komandaları həmişə medallar uğrunda mübarizə aparıb. O, həmişə qələbə qazanmağa çalışıb. Məni pul elə də maraqlandırmırdı. Çünki maliyyə problemlərim yoxdu. Sadəcə məşqçimiz dedi ki, “Xəzər Lənkəran” avrokuboklarda uğurla çıxış etmək istəyir, buna görə məni almaq istəyirlər. Mən bura gəlmişəm ki, Azərbaycan çempionu olum.
 
- “Neftçi”yə qarşı oyundan nə nəticə çıxara bildiniz?
- Mən başa düşdüm ki, ən güclü futbolçular “Xəzər Lənkəran”da toplaşıb. Bizim əla heyətimiz var. Ancaq unutmaq lazım deyil ki, biz hələ birgə oynamamışıq. Əgər Rednikin bütün tapşırıqlarını yerinə yetirə bilsək, o zaman çempion olmağımıza heç də mane ola bilməyəcək. Əminəm ki, oyundan oyuna daha da güclü futbol sərgiləmiş olacağıq.
 
- Sizə “Neftçi” ilə oyunun özəlliklərindən danışmışdılar?
- Mənə demişdilər ki, bu, “Böyük oyun”du. Məhz belə oyunlarda futbolçular öz sözlərini deməlidilər. Bununla belə, qarşıda bizi “Neftçi”ylə daha 4 oyun gözləyir. Bu kimin daha güclü olduğunu göstərmək üçün 4 şansdı.
 
- Növbəti turda XL AZAL ilə oynayacaq. Bu matçdan nə gözləyirsiz?
- Mənə deyiblər ki, bu komanda da medallar uğrunda mübarizə aparır. Nəzərə alsaq ki, “Neftçi” ilə oyunda iki xal itirmişik, növbəti rəqibimizlə dueldən mütləq 3 xalla ayrılmalıyıq. Lənkəranda tam fərqli ab-hava olacaq. Mən artıq bilirəm ki, burdakı azarkeşlər çox yaxşıdı. Odu ki, bizi ancaq qələbə qane edir.
 
- XL-dakı rumınların çoxluğuna görə hesab etmək olar ki, siz Rumıniya futbolunu sərgiləmiş olacaqsız?
- Biz baş məşqçimizin tələb etdiyi oyunu sərgiləmək istəyirik. O, bilir ki, Azərbaycan çempionatında necə qələbə qazanmaq olar. Ümumilikdə isə, indi Rumıniya futbolu elə də yaxşı vəziyyətdə deyil.
 
- Bəs həmkarlarınızdan kimi qeyd edərdiniz
- “Neftçi” ilə oyunda qapıçı Kamran Ağayev mənim çox xoşuma gəldi. Elnur Abdullayev də yaxşıdı. O, meydandakı ən yaxşılardan biri idi. Amma bütövlükdə hələ mənimçün həm futbolçular, həm də Rumıniya və Azərbaycan çempionatları arasında müqayisə aparmaq çox çətindi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.